İsrail Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib
Sentyabr 03
09:16
2024
İsrailin Hərbi Hava Qüvvələri Livanın cənubunda "Hizbullah” hərəkatının silahlı birləşmələrinin istifadə etdiyi 10-a yaxın buraxılış qurğusuna hücum edib.
Bundan əlavə, Livanın cənubundakı Houla bölgəsində də "Hizbullah”ın müşahidə məntəqələri vurulub.
"Report"un xəbərinə görə, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Hərbçilərin məlumatına görə, qurğular İsrail vətəndaşları üçün təhlükə yaradırdı. Hədəflər Livanın cənubundakı Zıbkin və Şıxin yaşayış məntəqələrinin yaxınlığında yerləşib.
Hücumlar zamanı bu atıcı qurğulardan İsrailin şimalındakı Ərəb əl-Aramşe kəndinə bir neçə mərmi atılıb. Onlardan bəziləri vurulub, digərləri açıq ərazilərə düşüb, lakin itkilər barədə məlumat verilməyib.