SON XƏBƏR

İsrail Livanda "Hizbullah"ın komanda mərkəzinə hava zərbələri endirdi

Fevral 05
13:06 2024
Bazar günü, fevralın 4-də İsral ordusu Livanın İsraillə sərhəd yaxınlığındakı Yarun şəhərində "Hizbullah”ın komanda mərkəzinə və hərbi düşərgəsinə hava zərbəsi endirib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Telegram-da məlumat yayıb.

Nazirliyin məlumatına görə, İsrail hərbçiləri qruplaşmanın Marun ər-Ras şəhərindəki müşahidə məntəqəsinə də zərbələr endirib.
 
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlıları İsrailin cənubuna və mərkəzinə hücum edərək minlərlə raket və mərmi atıblar. Livanın "Hizbullah” qruplaşması hücumu dəstəkləyib, bu da öz növbəsində İsrail-Livan sərhədində tərəflər arasında gündəlik qarşıdurmalara səbəb olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook