SON XƏBƏR

İsrail MN: “Tammiqyaslı hücuma başlayırıq”

Oktyabr 11
04:23 2023
İsrailin müdafiə naziri Yoav Qalant HƏMAS ilə mübarizədə bütün məhdudiyyətlərin aradan qaldırılması əmrini verib.

Bu sözləri nazir axşam saatlarında Qəzza zolağı ilə sərhəddə əsgərlərlə görüşü zamanı deyib:

"Biz vəziyyəti nəzarətə götürdük və tammiqyaslı hücuma başlayırıq. Qiyməti gördünüz, indi isə dəyişikliyin şahidi olacaqsınız. HƏMAS Qəzzada dəyişiklik istəyirdi və bu, onların düşündüklərindən 180 dərəcə fəqli olacaq. Onlar peşman olacaqlar - Qəzza əvvəlki vəziyyətinə qayıtmayacaq. Holokostdan sağ çıxanları öldürməyə gələn hər kəs maksimum güclə və güzəştə getmədən məhv ediləcək”, - Qalant qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook