İsrail mülki milli qvardiya yaratmağı planlaşdırır
May 09
09:51
2022
İsrailin Baş naziri Naftali Bennet mülki milli qvardiyanın yaradılmasına çağırıb.
"Report” bu barədə "The Times of Israel”ə istinadən xəbər verir.
Qeyd edilir ki, mayın sonuna qədər Milli Təhlükəsizlik Şurası və İctimai Təhlükəsizlik Nazirliyi təklif təqdim edəcək.
Bennett vurğulayıb ki, İsrail bütün dinlərə hörmət etməyə və suverenliyini qorumağa davam edəcək.
Son aylar İsrail vətəndaşları ilə fələstinlilər arasında gərginlik kəskin şəkildə artıb. Təkcə İordan çayının qərb sahilində törədilən terror aktı zamanı 19 dinc sakin həlak olub.