İsrail ordusu Qəzzada quru əməliyyatlarında yüzlərlə hərbçisini itirib
Yanvar 23
10:34
2024
İsrail Ordusu 27 oktyabr 2023-cü ildə Qəzza zolağında quru əməliyyatı başlayandan əsgəri öldürülüb.
"Report” bu barədə Ordunun rəsmi saytına istinadən xəbər verir.
İsrail ordusu oktyabrın 7-dən yaralanan hərbçilərin sayının 2 672 nəfər olduğunu, onlardan 405 nəfərin vəziyyətinin ağır, 695 nəfərin vəziyyətinin orta ağır olduğunu, 1 572 nəfərin isə yüngül yaralandığını bildirib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.