SON XƏBƏR

İsrail Prezidenti Qəzzada könüllülərin ölümünə görə üzr istəyib

Aprel 03
08:51 2024
İsrail Prezidenti İsxak Hersoq "Dünya mərkəzi mətbəxi" qeyri-hökumət təşkilatının (QHT) Qəzza zolağında 7 könüllüsünün İsrail ordusunun zərbəsi nəticəsində ölümü ilə əlaqədar üzr istəyib.

"Report” xəbər verir ki, bu barədə İsrail Prezidentinin Dəftərxanası məlumat yayıb.


"Prezident İsxak Hersoq "Dünya mərkəzi mətbəxi"nin qurucusu Xose Andresə zəng edib, ötən gecə Qəzza zolağında təşkilatın işçilərinin faciəli ölümü ilə əlaqədar üzr istəyib və dərin hüznlə başsağlığı verib, həmçinin ölənlərin ailələrinə başsağlığı verdi", - İsrail Prezidentinin Dəftərxanasının "X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.

Hersoq xeyriyyə təşkilatı könüllülərinin ölümü ilə bağlı hərtərəfli araşdırma aparılacağına söz verib.

"Dünya mərkəzi mətbəxi"nin məlumatına görə, İsrail zərbəsi nəticəsində təşkilatın yeddi əməkdaşı, o cümlədən Avstraliya, Böyük Britaniya, Polşa vətəndaşları, fələstinlilər, həmçinin ABŞ və Kanadanın ikili vətəndaşlığı olan 1 nəfər həlak olub.

"Dünya mərkəzi mətbəxi" xeyriyyə təşkilatı 2010-cu ildən fəaliyyət göstərir, onun təsisçisi məşhur amerikalı aşpaz Xose Andresdir.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook