İsrail Suriyadakı hərbi obyektlərə zərbələr endirib
Oktyabr 30
09:21
2023
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyadakı hərbi obyektlərə zərbələr endirib.
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirib. İsrail ordusunun HƏMAS-a qarşı əməliyyatı "Dəmir Qılınclar” adlanır.
"Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinə məxsus təyyarə Suriyadan raket atışlarına cavab olaraq oradakı hərbi infrastrukturu vurub", - məlumatda deyilir.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oktyabrın 7-də ölkədə fövqəladə vəziyyət elan edib.