İsrail və BƏƏ arasında vizasız rejim tətbiq ediləcək
Oktyabr 20
10:42
2020
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hökumət nümayəndəsi tarixdə ilk dəfə oktyabrın 20-də İsrailə gedəcək.
"Report” İsrail KİV-inə istinadən xəbər verir ki, nümayəndə heyətinə BƏƏ-nin Maliyyə Nazirliyində dövlət naziri Ubeyd əl-Taer başçılıq edəcək.
BƏƏ-dən olan qonaqları Təl-Əvivdə Ben-Qurion hava limanında günü ikinci yarısında İsrailin Baş naziri Benyamin Netanyahu, Xarici işlər naziri Qabi Aşkenazi, Milli təhlükəsizlik şurasının başçısı Meir Ben Şabbat qarşılayacaq. Nümayəndə heyətini ABŞ administrasiyasının maliyyə naziri Stiv Mnuçin müşayiət edəcək.