SON XƏBƏR

İsrail yeni lazer hava hücumundan müdafiə sistemini sınaqdan keçirdi

Aprel 16
11:28 2022
İsrail yeni lazer hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel” İsrail Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki, sistem İsrailin üzləşdiyi təhdidlərə qarşı mövcud olan hər hansı digər müdafiədən xeyli ucuz olan effektiv, dəqiq, istifadəsi asan bir vasitədir. Bu, gələcək münaqişələrdə hərbçilərin raketləri, mərmiləri və pilotsuz təyyarələri vurmaq üçün "Dəmir Günbəz” raketdən müdafiə sisteminə əlavə olaraq hazırlanıb və "Iron Beam" adlanır.

Müdafiə Nazirliyinin tədqiqat qrupunun rəhbəri Yaniv Rotemin sözlərinə görə, sınaqlar çətin poliqonlarda və şərtlərdə aparılıb.

Son sınaqlar idarə olunmayan mərmilər və tank əleyhinə idarə olunan raketlər də daxil olmaqla, digər təhlükələrə qarşı ilk uğurlu sınaqlar olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook