İsraildə koronavirusun növbəti dalğası başlayıb
Dekabr 20
09:33
2021
İsrailin Baş naziri Naftali Bennett israilliləri ölkədə yeni növ koronavirus infeksiyasının növbəti dalğasının başlaması ilə əlaqədar tibbi maska taxmağa və sosial məsafəni gözləməyə çağırıb.
"Report” xəbər verir ki, hökumət başçısı "omikron” ştamının təhlükəli olduğunu bəyan edib:
"Mənim təxminlərimə görə, üç-dörd həftədən sonra, bəlkə də bundan əvvəl yoluxanların sayında artım olacaq. Hökumət hər cəhətdən hazırdır, tezliklə müəyyən göstərişlər veriləcək. Bu arada hər kəsdən xahiş edirəm mümkün qədər sosial məsafə saxlasınlar, qrup halında toplaşmasınlar, tibbi maska taxsınlar, bu sadə və effektivdir”.
Baş nazir həmçinin, dövlət işçilərinin iş saatının azaldılacağını da bildirib.
Ad - 00:06
ƏTRAFLI
citynet.az
Bundan əvvəl nazirlik hökumətə ABŞ, Türkiyə, Belçika, Macarıstan, Almaniya, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəni israillilər üçün səyahətin qadağan edildiyi ölkələr siyahısına əlavə etməyi tövsiyə edib.