İsraildə mülki əhaliyə silah paylanacaq - Milli təhlükəsizlik naziri
Oktyabr 10
15:19
2023
İsrailin sərhəd icmalarında və ərəb-yəhudi məskunlaşması qarışıq olan şəhərlərdə mülki əhaliyə ən az 10 min ədəd silah paylanacaq.
Onun sözlərinə görə, mülki vətəndaşlara silah paylanması könüllü əsaslarla olacaq, ilk mərhələdə İsrail istehsalı olan 4 min tüfəng paylanılacaq. Sonrakı mərhələdə isə nazir ən az 6 min tüfəngin paylanacağını qeyd edib. O, həmçinin könüllülərin hərbi kaskalar və zirehli gödəkçələrlə təmin olunacağını əlavə edib.
"AzPolitika.info" «Reuters»ə istinadla xəbər verir ki, bu barədə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bildirib.