"İsrailin İrana cavab vermək hüququ var, lakin..." - Kameron
Aprel 15
14:22
2024
İsrailin İranın hücumuna cavab vermək hüququ var, lakin London onu regionda vəziyyətin gərginləşməsinə səbəb olacaq addımlar atmamağa çağırır.
Qaynarinfo "The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron deyib.
"Əlbəttə, əgər siz bu səhər İsraildəsinizsə, haqlı olaraq düşünürsünüz ki, "bizim buna cavab verməyə tam hüququmuz var”, onların (İsrailin-red.) da hüququ var, lakin biz gərginliyi artırmamağa çağırırıq”, - britaniyalı nazir bildirib.
Kemeron heç bir cavabın olmayacağına ümid etdiyini və bunun əvəzinə dünyanın diqqətinin HƏMAS-a yönəlməli olduğunu bildirib.
"Düşünürəm ki, ediləcək ən ağıllı şey İranın hücumunun uğursuz olduğunu etiraf etməkdir. Biz buna, İranın zərərli təsirinə diqqət yetirmək və əslində Qəzza zolağında baş verənlərə və girovların azad edilməsinə diqqət yetirmək istəyirik”, - Britaniya xarici işlər naziri vurğulayıb.
Qeyd edək ki, İsrail hökuməti İranın son hücuma reaksiyası üçün "geniş variantları” öyrənir. Qərar bu gün, aprelin 15-də və ya yaxın vaxtlarda veriləcək.
Onu da əlavə edək ki, "The Wall Street Journal”ın yazdığına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Yaxın Şərqdə açıq müharibədən qaçmaq üçün İsraili son hücuma cavabında diqqətli olmağa çağırıb.
"Amerika və Qərb rəsmiləri İsraildən bazar ertəsi tez bir zamanda İranın hücumlarına cavab verəcəyini gözləyirlər. Lakin onlar ümid edirlər ki, hər iki ölkə qələbə hissi ilə geri dönəcək və gərginliyin artmasının qarşısını alacaq", - WSJ əlavə edib.