İstanbul polisi 10 minə yaxın İŞİD-çinin məlumatlarının olduğu arxivi ələ keçirib
Avqust 09
13:39
2023
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İŞİD-ə aid arxivi əldə etmək üçün məxfi əməliyyat keçirib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə "SABAH” qəzeti məlumat yayıb.
Nəticədə içində 9 952 terrorçunun şəxsi məlumatı olan "Yalquzaq" adlı arxiv ələ keçirilib.
Həmin arxivi əldə etmək üçün ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, MI6-nın və "Mossad”ın da cəhdlər göstərdiyi vurğulanıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya, İran və İsrail kəşfiyyatına çalışan casuslar da həbs olunub.