SON XƏBƏR

İstanbulda azərbaycanlı yazarın imza mərasimi keçirilib

Noyabr 10
13:32 2015
Azərbaycanlı naşir Eyvaz Zeynalov İstanbulda keçirilən TÜYAP beynəlxalq kitab yarmarkasında nəşriyyat sahibləri ilə görüş keçirəndən sonra oxucular üçün kitablarını imzalayıb.
 
Qlobalinfo.az APA-ya istinadən xəbər verir ki, nasirin imzaladığı kitablar arasında bu yaxınlarda almanca çıxmış "Bələdçi” romanı da olub. İmza mərasimində iştirak edən İstanbuldakı "Ferfir” nəşriyyatının baş redaktoru Şərəf Yılmaz APA-ya açıqlamasında deyib ki, dekabrın əvvəlinə qədər Eyvaz Zeynalovun hekayələrinin toplandığı "Eski bisiklet” kitabını Türkcə çap edəcəklər.
 
”Biz Eyvaz Zeynalovu müasir Azərbaycan nəsrinin önəmli simalarından biri hesab edirik. İlk kitabını çap edəndən sonra nasirin romanlarını çapa hazırlamağı düşünürük. Azərbaycan yazarlarının əsərlərini çap etmə sahəsindəki işlərimizi sistemli şəkildə davam etdirəcəyik”- deyə Şərəf Yılmaz vurğulayıb. TÜYAP beynəlxalq kitab yarmarkasında iştirakına verdiyi dəstəyə görə, Eyvaz Zeynalov Azərbaycan mədəniyyət və turizm nazirliyinə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, TÜYAP beynəlxalq kitab yarmarkası 1981-ci ildən keçirilir. Yarmarkanın bu ilki şərəfə qonağı Rumıniyadır. Yarmarkada Azərbaycan mədəniyyət və turizm nazirliyinin, Qanun və Hədəf nəşriyyatlarının stendləri var.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook