İstanbulda meşələrə giriş qadağan edilib
İyul 04
06:06
2022
Türkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib.
"Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.
Qeyd olunub ki, qadağa 5 iyul tarixindən 31 iyul tarixinədək qüvvədə olacaq.
Bununla belə İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.