İsveç PKK tərəfdarını Türkiyəyə ekstradisiya edir
İyun 07
09:25
2023
İsveç Ali Məhkəməsi PKK tərəfdarının Türkiyəyə ekstradisiyasına qərar verib.
"Ali Məhkəmə PKK tərəfdarının ilk ekstradisiyasını təsdiqləyib”, - nəşr yazıb.
Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir.
Söhbət 2022-ci ilin avqustunda İsveçdə həbs edilən 35 yaşlı kişidən gedir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun müraciəti əsasında həyata keçirilib.