SON XƏBƏR

İsveç prokurorluğu Rusiyaya casusluq edən şəxsə ömürlük həbs cəzası istədi

Dekabr 20
14:48 2022
İsveç prokurorluğu iki qardaşa qarşı Rusiyaya casusluq işi üzrə ittiham irəli sürüb. 

Qlobal.az "Rosbalt"a istinadla xəbər verir ki, prokurorlar onlardan birinə ömürlük, ikincisinə isə 12 il həbs cəzası istəyib. 

Həmin şəxslər ötən ilin payızından həbsdədirlər.

Qardaşlar on il ərzində Rusiya kəşfiyyatına məxfi məlumat verməkdə şübhəli bilinir.

Qurumdan bildirilir ki, böyük qardaş kəşfiyyat orqanında, sonra isə silahlı qüvvələrdə yüksək vəzifə tutub.

Təqsirləndirilən şəxslər təqsirli olduqlarını qəbul etmirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook