İsveçdə Quranı yandırmaq üçün polisə 12 yeni müraciət daxil olub
Avqust 23
07:41
2023
Quran yandırma tədbirlərinin təşkilatçısı Salvan Momika növbəti üç həftə ərzində Stokholm, Malmö və Örebroda oxşar nümayişlər üçün 12 yeni ərizə göndərib.
Yeni ərizələr avqustun 21-də təqdim edilib, lakin hələ də səlahiyyətli şəxslər tərəfindən təsdiqlənməyib. Hazırda müraciətlərə baxılır.
APA xəbər verir ki, bu barədə Sveriges Radio məlumat yayıb.