SON XƏBƏR

“İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik” - Viktor Orban

Sentyabr 26
09:26 2023
"İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsmirik”. "Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, eyni zamanda Transkarpat macarlarının hüquqları ilə bağlı əvvəlki qanunlar bərpa olunmayana qədər beynəlxalq səviyyədə heç bir məsələdə Ukraynanı dəstəkləməyəcəklərini diqqətə çatdırıb.

Viktor Orban Macarıstan parlamentinə verdiyi açıqlamada İsveçin NATO-ya üzvlük üçün ratifikasiya prosesinin uzadılmasına işarə etdiyini də vurğulayıb.

Qeyd edək ki, ötən il Rusiyanın Ukraynaya hücumundan sonra NATO-ya üzvlük üçün müraciət edən İsveçin 2022-ci ilin iyulundan etibarən Macarıstan parlamentinin təsdiqini gözləyir. Macarıstan kimi Türkiyə də İsveçin NATO-ya üzvlüyünü hələ təsdiqləməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook