SON XƏBƏR

İsveçrə Gülnarə Kərimovanın 131 milyon dollarını Özbəkistana qaytaracaq

Avqust 17
04:51 2022
Özbəkistan və İsveçrə İslam Kərimovun qızı Gülnarənin 131 milyon dollarının Avropa ölkəsinin banklarına qaytarılması haqqında saziş imzalayıb.

"Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Gülnarə Kərimovanın aktivlərinə dair sazişi Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar”, – deyə məlumatda bildirilir.

Kərimovanın özü də hazırda vətənində həbsdədir. 2015-ci ildə o, Özbəkistan məhkəməsi tərəfindən rüşvətxorluq və vergidən yayınmada təqsirli bilinib və buna görə 5 il həbs cəzası alıb. 2020-ci ildə keçmiş prezidentin qızı hədə-qorxu ilə pul tələb etmə və mənimsəmə işində təqsirli bilinərək, daha 13 il 4 ay həbs cəzası alıb.

2020-ci ildə İsveçrə Özbəkistanla Kərimovanın çirkli pulların yuyulması işində müsadirə edilmiş pulların qaytarılmasına dair razılaşmanın şərtlərini razılaşdırıb.
 
Özbəkistan Prokurorluğu həm də birinci prezidentin varisi tərəfindən çıxarılan milli tarixi və bədii dəyərlərin geri qaytarılmasını istəyir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook