SON XƏBƏR

İsveçrə hökuməti ölkədə dərin tənəzzülün gözlənildiyini bildirib

Aprel 24
09:11 2020
İsveçrə hökuməti bu il ölkə iqtisadiyyatının 6.7% azalacağını proqnozlaşdırıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, hökumət bunu koronavirusun yaratdığı səbəblərlə əlaqələndirib.

İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin hesabatında qeyd edilib ki, epidemiya ölkədə dərin tənəzzülün baş verəcəyinə gətirib çıxaracaq.

Lakin o da vurğulanıb ki, gələn il kütləvi idman tədbirləri nəticəsində iqtisadiyyatın 5.2% artması gözlənilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook