SON XƏBƏR

İsveçrə Peyvənd Komitəsinin rəhbəri girov götürüldü

Aprel 12
17:21 2022
İsveçrə Peyvənd Komitəsi rəhbəri bildirib ki, mart ayının sonunda müəmmalı bir şəkildə oğurlanıb.

Qaynarinfo bu barədə Politico saytına istinadən xəbər verir.

Peyvənd Komitəsi prezidenti Kristof Berger mart ayının 31-də tanımadığı insan tərəfindən girov götürüldüyünü və onu girov götürənin müəyyən miqdar pul tələb etdiyini bildirib.

Bergerin açıqlaması oğrunun onu qaçırmaqda məqsədinin pul əldə etmək olduğunu və komitə rəhbərinin işi ilə əlaqəli olmadığını deyib.

Berger oğruya tələbinin yerinə yetiriləcəyini əmin edəndən sonra azad edildiyini bildirib. Bir neçə gün sonra onu oğurlayan şəxs öldürülüb.

Polis 38 yaşlı oğrunu həbs etmək istəyərkən silahlı insident yaşanıb və o, polis atəşi nəticəsində öldürülüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook