SON XƏBƏR

İsveçrədə qaydanı pozan azərbaycanlı 405 min cərimələndi

İyun 23
01:47 2020
Ötən il İsveçrənin Cenevrə şəhərində "Audi” markalı avtomobili ilə yol hərəkəti qaydasını pozan və avtomobili sürücülük vəsiqəsi olmadan idarə edən azərbaycanlı yenidən eyni səbəbdən cəzalandırılıb.

Qlobal.Az xəbər verir ki, İsveçrə mətbuatı həmin şəxsin zəngin biri olduğunu qeyd edib. Məlumata görə, keçən il Milad bayramı ərəfəsində Qondo keçidindən ölkəyə daxil olan azərbaycanlı polis tərəfindən saxlanılaraq 130 gün müddətində gündəlik 1750 frank məbləğində cərimələnib. O həmçinin, 10 min İsveçrə frankı (təxminən 18 min manat) cərimə ödəməli olub.

Yenidən avtomobilini sürücülük vəsiqəsi olmadan idarə edən və qayda pozuntusuna yol verən azərbaycanlı bu dəfə 225 min İsveçrə frankı (təxminən 405 min manat) məbləğində cərimələnib. (Qafqazinfo)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook