SON XƏBƏR

​İtaliya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək

Yanvar 09
19:37 2016
Yanvarın 26-28-də İtaliyanın paytaxtı Romada keçiriləcək IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşündən sonra İtaliya prezidenti və xarici işlər naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edəcək.
 
Qlobalinfo.az "Report"-a istinadən xəbər verir ki, NGBM üzvləri prezident Sergio Mattarellanın qəbulunda yanvarın 27-də olacaqlar. Prezidentlə görüşdə etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və digər sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur. Görüşdən sonra İtaliya prezidenti adından Mərkəz üzvlərinə ziyafət veriləcəyi gözlənilir.
 
Yanvarın 28-də İtaliyanın XİN rəhbəri Paolo Gentiloni NGBM üzvlərini qəbul edəcək. Görüşdə müzakirə ediləcək məsələlər sırasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq istiqamətləri, mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıqlar, ölkələr arasındakı dostluq və tərəfdaşlıq münasibətləri kimi mövzuların yer alacağı bildirilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook