SON XƏBƏR

İtaliya səfiri: TAP-ın tikintisi üzrə İtaliyada genişmiqyaslı işlərin başlanmasını gözləyirik

Avqust 30
14:23 2016
Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə İtaliyada genişmiqyaslı işlərin başlanılacağı gözlənilir.
 
Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo jurnalistlərə açıqlamasında bildirib. TAP layihəsi üzrə işlərin gedişi barədə danışan C.Kutillo deyib ki, Yunanıstan və Albaniyadan sonra İtaliyada da bəzi hazırlıq işlərinə başlanılıb.
 
Səfir İtaliyanın xarici işlər naziri Paolo Centiloninin noyabrda Azərbaycana səfər edəcəyini bildirib. "Hazırda səfərin dəqiq tarixi və proqramı üzərində iş aparılır”, - deyə diplomat qeyd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook