SON XƏBƏR

İtaliya Xarici İşlər Nazirliyi TAP-ın ölkə üçün əhəmiyyətini açıqladı

Fevral 14
00:41 2022
"İtaliyanın Rusiya qazından asılılığını Əlcəzair, Türkmənistan və Azərbaycanın hesabına azaltmaq zəruridir”.

Bunu İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefano bəyan edib.

"Bütün Avropada olduğu kimi, bizdə də, əsasən, Rusiyadan olan dar bir mənbələrdən asılılıq problemi var. İlin əvvəlində Moskva-Ukrayna marşrutu ilə bizim üçün nəzərdə tutulan qaz axınını demək olar ki, iki dəfə azaldıb. Enerji təhlükəsizliyimizə bu təhlükə, yəqin ki, həm də siyasi motivlidir, təcili tədbirlər tələb edir. Biz orta və uzunmüddətli perspektivdə bərpa olunan enerji mənbələri haqqında düşünməliyik. Lakin biz qısamüddətli perspektivi nəzərdən qaçıra bilmərik və ən etibarlı tərəfdaşlarla işləməliyik”, - deyə nazir müavini əlavə edib.

Nazir müavininin sözlərinə görə, Əlcəzair belə tərəfdaşdır və Azərbaycan qazının nəql olunduğu Trans-Adriatik Boru Kəməri (TAP)mənbələrin şaxələndirilməsi vacibdir. Onun sayəsində Di Stefano qeyd edib ki, əhali üçün enerji qiymətlərindəki artımı bir qədər saxlamaq mümkün olub.

Di Stefano təsdiqləyib ki, İtaliya TAP-ın ötürücülük gücünü ildə təxminən 10 milyard kubmetrə çatdırmağı gözləyir:

"Digər perspektivli istiqamət Xəzər dənizində TAP boru kəməri ilə birləşdirilə bilən Türkmənistandır. Amma Türkmənistan dünyanın ən böyük qaz yataqlarından birinə malikdir və biz Avropa olaraq bu oyunu oynamalıyıq, həm də ona görə ki, Hindistan və Çin istehlakı artırır. Bu gün özümüzü resurslarla təmin etməsək, getdikcə daha çətin qışlarla üzləşmək riskimiz var”.//report.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook