İtaliya XİN rəhbəri Aİ-nin vahid ordusunun yaradılmasına tərəfdar olduğunu bildirdi
Yanvar 07
18:04
2024
İtaliyanın xarici işlər naziri Antonio Tayaninin fikrincə, Avropa İttifaqı öz vahid ordusunu yaratmalıdır.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "La Stampa” nəşrinə müsahibəsində bildirib.
"Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu isə effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün əsas şərtdir”, - deyə Tayani bildirib.
Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı bir dünyada Avropa vətəndaşlarını ancaq Avropa Birliyi qoruya bilər.
Qeyd edək ki, Aİ dəfələrlə vahid ordunun yaradılması imkanından danışıb. Belə ki, Avropa diplomatiyasının rəhbəri Cozep Borrel 2021-ci ildə Avropa İttifaqının ümumi çevik reaksiya qüvvəsinə ehtiyacı olduğunu bildirib. O, həmçinin 2022-ci ilin mayında Ukrayna ərazisində müharibə başlayandan sonra öz silahlı qüvvələrinin yaradılmasının zəruriliyindən danışıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "La Stampa” nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Avropa ölkələri arasında daha sıx müdafiə əməkdaşlığı rəhbərlik etdiyi "İrəli, İtaliya” partiyası üçün prioritetdir.