SON XƏBƏR

İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb

Aprel 15
21:31 2024
İtaliyanın Tehrandakı konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacağını açıqlayıb.

"Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Həmvətənlərə konsulluq xidmətlərinin göstərilməsi hələ də təmin edilir”, - nümayəndəlikdən vurğulanıb.

Həmçinin təxirəsalınmaz yardım üçün e-mail ünvanı və telefon nömrəsi də verilib.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook