İtaliyanın yeni hökumətinin TAP kəmərini dayandırmaq planı
İyun 08
14:28
2018
Azərbaycan qazının Avropaya nəqli üçün çəkilməkdə olan Transadriatik Qaz Kəməri (TAP) layihəsinə yenidən baxılacağı barədə İtaliyanın yeni hökumətinin bəyanatına layihəni həyata keçirən konsorsiumdan ilk reaksiya bildirilib.
TAP-ın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Liza Givert "Trend” agentliyinə açıqlamasında konsorsiumun İtaliyanın yeni hökuməti ilə "sıx əməkdaşlıq edəcəyini” deyib.
"TAP İtaliyanın yeni hökuməti və onun müvafiq nazirlikləri ilə sıx əməkdaşlıq edərək bu layihənin italya vətəndaşları üçün faydaları, o cümlədən məşğulluq, gəlirlər, təbii qazın qiymətinin aşağı salınması baxımından üstünlükləri barədə çatdıracaq”-konsorsium rəsmisi bildirib.
Xəbər verdiyimiz kimi bundan əvvəl İtaliyanın rusiyameylli "5 Ulduz” hərəkatı və "Şimal liqası” partiyaları tərəfindən formalaşdırılmış yeni koalision hökumətinin ətraf mühit .naziri Serjio Kosta TAP layihəsini "tamamilə gərəksiz” layihə adlandırıb, bir sıra iri layihələrlə birlikdə ona da yenidən baxılacağını açıqlayıb.
Lakin TAP konsorsiumunun rəsmisi bu qaz kəmərinin İtaliya üçün bir sıra üstünlüklərə malik olduğunu bildirir. Liza Givert bildirib ki, TAP İtaliyada dekarbonlaşdırma prosesinin fasiləsiz həyata keçirilməsi üçün mühüm olan təbii qaz nəql edəcək, enerji efektivliyi və bərpa olunan enerji mənbələri baxımından əhəmiyyətli olacaq. Habelə İtaliyanın qaz təchizatının şaxələndirilməsinə imkan yaradacaq. "Mövcud qaz təchizatı marşutlarına (Rusiya, Əlcəzair, Liviya, Niderland və Norveç) əlavə olaraq TAP energetika təhlükəsizliyini daha da möhkəmləndirəcək. Bu da təchizat mənbələri arasında rəqabəti gücləndirəcək və logistika xərclərini azaldacaq”-konsorsium bildirir.