ITF: Şarapova yarışlardan kənarlaşdırılacaq
Mart 08
16:42
2016
Məşhur Rusiya tennisçisi Mariya Şarapova martın 12-dən etibarən bütün yarışlardan kənarlaşdırılacaq.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Tennis Federasiyasının (ITF) açıqlamasında bildirilir.
"Şarapova yanvarın 26-da verdiyi dopinq-testin nəticələri ilə razılaşıb. Rusiyalı tennisçi 2016-cı il, martın 12-dən etibarən vəziyyətin tam aydınlaşdırılmasına qədər bütün yarışlardan kənarlaşdırılır”, məlumatda deyilir.
Xatırladaq ki, dünyanın sabiq bir nömrəli tennisçisi, karyerasında beş "Böyük dəbilqə” çempionluğu olan Mariya Şarapova martın 7-də orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib. Onun orqanizmində 2016-cı ilin yanvarında qadağan edilən meldoniy preparatı aşkar edilib. Mariya Şarapova bildirib ki, 10 il ərzində adıçəkilən preparatı qəbul edib.