İxrac əməliyyatları 39% azalıb
Avqust 16
17:22
2016
2016-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 9 milyard 347 milyon 50.84 min dollar olub. Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26.89 % azalıb.
İyulda ixrac 768 milyon 337.27 min dollar, idxal isə 709 milyon 946.56 min dollar təşkil edib və saldo müsbət 58 milyon 390.71 min dollar olub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal əməliyyatları üzrə 4 milyard 757 milyon 258.78 min dollar (keçən ilin müvafiq dövrünə nisbətən 10.46 % azalıb), ixrac əməliyyatları üzrə 4 milyard 589 milyon 792.06 min dolları (keçən ilin müvafiq dövrünə nisbətən 38.57 % azalıb) həcmində dövriyyə qeydə alınıb.
Yanvar-iyul ayları üzrə saldo mənfi 167 milyon 466.71 min dollar təşkil edib.
İyulda ixrac 768 milyon 337.27 min dollar, idxal isə 709 milyon 946.56 min dollar təşkil edib və saldo müsbət 58 milyon 390.71 min dollar olub.
İyunda idxal 772 milyon 520.91 min dollar, ixrac isə 715 milyon 993.97 min dollar təşkil etmişdi (marja.az).
Qlobal.az