İxracın 86 faizindən çoxu neft və qazdır
Dekabr 16
19:00
2016
Novator.az rəsmi hesabata əsaslanıb bildirir ki, 2016-cı ilin 11 ayında Azərbaycanın ixracının 70,91 faizini xam neft, 4,31 faizini neft məhsulları, 11,13 faizini təbii qaz təşkil edib.
11 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracında 179,34 faiz, iplik pambıq ixracında 29,29 faiz, elektrik enerjisi ixracında 23,2 faiz, meyvə-tərəvəz ixracında 20,66 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracında 8,08 faiz artım olub.
Dövlət Gömrük Komitəsinin yaydığı statistikaya görə, yeyinti məhsullarının idxalı 2015-ci ilin 11 ayı ilə müqayisədə 34,56 faiz artıb. Çay idxalında 188,17 faiz, meyvə-tərəvəz idxalında 130,81 faiz, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 119,44 faiz, ət idxalında 108,21 faiz, bitki və heyvan mənşəli piylər və yağların idxalında 73,26 faiz, şəkər idxalında 30,5 faiz, süd idxalında 36,45 faiz artım var.
Yanvar-noyabr aylarında buğda idxalı 3,55 faiz azalıb. Tütün və tütün məmulatlarının idxalında 49,51 faiz, nəqliyyat vasitələri və onların hissələrinin idxalında 42,09 faiz, əczaçılıq məhsullarının idxalında 26,37 faiz azalma qeydə alınıb.