İyulda 102 min 485 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb edilib
Avqust 01
16:17
2016
Bu ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 102 min 485 müqavilə qeydiyyata alınıb.
İSB-dən AZƏRTAC-a verilən məlumata görə, bunların 15 min 550-si xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. İyun ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8 milyon manat təşkil edib.
Hesabat dövründə 2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 11,4 faiz, sığorta haqlarının məbləğində isə 15,6 faiz azalma müşahidə olunub.
İyul ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin iyun ayı ilə müqayisədə 1,9 faiz azalaraq 77,9 manat təşkil edib.
Qlobal.az