İzmir—Bakı bir- birini daha yaxşı tanımalıdır
May 16
11:44
2016
"Azərbaycnın
paytaxtı Bakı və Türkiyənin ücüncü böyük şəhəri, Egey bölgəsinin inzibati- mədəni
mərkəzi İzmir hələ sovet dövründən
qardaşlaşmış şəhərlər olsalar da hazırda bu iki meqapolis arasında əlaqələr,
gediş- gəliş arzu olunan səviyyədə deyil. Bu yöndə irəliləyişə nail olmaq üçün
hər iki şəhərin turizm potensialından daha səmərəli istifadə etmək lazımdır.” –
Mayın 14- də İzmirdə Bakıdan getmiş media və turizm sektoru təmsilçilərinin
izmirli həmkarları ilə görüşündə bu barədə ətraflı söhbət açılmışdır.
Tahir Rüstəmov,
İzmir, Türkiyə
Azərbaycanlı qrupun səfərinin təşkilatçısı
İzmir Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Əbdüləziz Ediz qonaqları salamladıqdan sonra dünyanın ən
gözəl istirahət və şəfalı sağlamlıq zonalarından olan Türkiyənin Egey bölgəsinin
turizm potensialı barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, dil,
din, tarixi- mədəni dəyərlər eyniliyi, dövləttlətarası əlaqələrin ahəngdarlığı
bu potensialdan daha geniş istifadə etmək üçün heç bir maneə yaratmır. Sadəcə
olaraq, Bakı və İzmir bir- birini qardaşlıqlarına layiq səviyyədə tanımalı, hərtərəfli
əlaqələr qurulmalı, çevik turizm şəbəkəsi sahmana salınmalıdır.
Egey Otellər Birliyinin başqanı
Mehmet İşlər bölgəyə il ərzində gələn 1,2
milyon turistə Azərbaycandan, ilkin olarq, 200 min nəfər müsafirin əlavə
olunması üçün hər cür imkanın olduğunu qeyd etmişdir. Bölgənin dənizi, iqlimi, qədim tarixi,
istirahət və sağlamlıq şəbəkəsi, xalqlarımızın dostluğu, ənənə- məişət yaxınlığı qardaş ölkədən gələnlər
üçün olduqca cazibəlidir. İzmirdən Bakıya getmək istəyənlər də çoxdur. Bunun
üçün, ilk növbədə, geniş tanıtma işi aparılmalı, daimi təyyarə uçuşu təşkil
olunmalıdır. Media və turizm qurumlarının üzərinə bu sahədə çox iş düşür.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bölmə müdiri Zöhrə
Əliyeva, "Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, İctimai Televiziyanın
müxbiri Dilavər Səidov, "Turizm.az” turizm şirkətinin direktoru Murad Kərəmov,
"Royal travel” şirkətinin meneceri Ülviyyə Nəcəfova, "Atlas travel" şirkətinin
meneceri Pərviz Qasımov, "Baku holidey travel” şirkətinin meneceri Aynur
Paşayeva və Azərbaycandan getmiş qrupun digər üzvləri ölkəmizdə turizmin
inkişafı sahəsində son illərdə əldə edilmiş uğurlar barədə məlumat vemiş,
yaradılmış turizm şəbəkəsinin Türkiyə, eləcə də izmirlilər üşün maraqlı yönlərini
açıqlamışlar.
Diskussiyaya qoşulan İzmir
jurnalistləri, turizm ağentləri Türkiyənin Egey bölgəsi ilə Azərbaycan arasında
turizm- otelçilik fəaliyyətinin sahmana salınması, hər iki ölkə üçün fayda gətirməsi
üçün təklif və mülahizələrini söyləmiş, qeyd etmişlər ki, hər iki şəhərin
qardaşlığı imkanları tam hələkətə gətirilməlidir.
Tahir Rüstəmov,
İzmir, Türkiyə
Qlobal.az