SON XƏBƏR

“Jerusalem Post” İrəvanda yəhudilərə qarşı vandalizmlə bağlı yazı dərc etdi

Oktyabr 05
13:14 2023
Çərşənbə axşamı gecə Ermənistanın paytaxtı İrəvanda yerləşən Dünya Yəhudi Mərkəzi vandalizmə məruz qalıb ki, bunun da İsrailin Azərbaycanla əlaqələrini gücləndirməsi ilə birbaşa əlaqəli olduğu güman edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post” qəzetində dərc olunan məqalədə deyilir.

İsraillə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi erməni separatçılarının tərəfdarlarını İrəvandakı yəhudi mərkəzinə hücum etməyə sövq edib.

Avropa Ravvinləri Konfransının (CER) prezidenti Pinças Qoldşmidt bəyan edib ki, "Ermənistanda Dünya Yəhudi Mərkəzinin vandalizmə uğraması təəssüf doğurur. Ermənistanın yəhudi icması Qarabağ münaqişəsinin tərəfi deyil”. O, Ermənistan prezidenti Vaaqn Xaçaturyanı bu hərəkəti pisləməyə və yəhudi icması üçün təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb. Qoldşmidt yəhudi icması ilə həmrəy olduğunu bildirib və onun Sukkot bayramını dinc şəkildə qeyd edə biləcəyinə ümid etdiyini bildirib.

Dünya Yəhudi Konqresinin hesablamalarına görə, Ermənistanda əsasən Aşkenazi əsilli təxminən 500-1000 yəhudi, həmçinin bəzi Mizrahi və Gürcü yəhudiləri yaşayır.

Nəşr qeyd edir ki, Ermənistanda antisemitizm halları dəfələrlə qeydə alınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook