Jirinovski II Dünya Müharibəsinin başlanmasında Polşanı ittiham etdi
Sentyabr 02
16:00
2019
İkinci Dünya müharibəsinin başlanmasında günahkar Polşadır, çünki o, Almaniyanın müttəfiqi idi.
V.Jirinovski bildirib ki, buna görə də bütün dərsliklərdə II Dünya müharibəsinin başlanmasında əsas səbəbkar kimi Polşanın adı yazılmalıdır.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Liberal Demokratik Partiyasının sədri Vladimir Jirinovski deyib.
"Jozef Pilsudskinin rəhbərlik etdiyi Polşa ötən əsrin 30-cu illərində Adolf Hitlerin ilk müttəfiqlərindən olub. Pilsudski-Hitler pakti hələ 1934-cü ildə imzalanıb. Avropa Hitleri SSRİ-yə qarşı bəsləyib və Polşa Hitleri alqışlayanlar sırasında olub”, - deyə Jirinovski vurğulayıb.