Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi açılıb (FOTO)
Dekabr 24
17:53
2015
Ukraynanın Jitomir şəhərində dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə silsilə tədbirlər keçirilib. Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlılarının Həmrəyliyi Konqresinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə yadda qalıb.
Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlayan tədbirdə Ukrayna Ali radasının deputatları, Azərbaycan səfirliyinin diplomatları, Jitomir Vilayət Dövlət Admnistrasiyasının nümayəndələri, diaspora və media təmsilçiləri iştirak edib.
Tədbirə qatılanları qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edən Jitomir Vilayətindəki Azərbaycan Həmrəyliyi Konqresinin sədri İlqar Məmmədov və Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dünya azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danışıblar.
31 - dekabr həmrəylik gününün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın birlik və milliu məvkurə bayramına çevrildiyini qeyd ediblər. Tədbirdə Ukrayna Ali radasının deputatları Sergey Melniçuk, Natalya Veselova, Borislav Rozenblat və digər rəsmi şəxslər çıxış edərək Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıblar.
Qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə Azərbaycan xalqına xoş və səmimi arzularını çatdırıblar. Jitomir şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasını iki dost ölkə arasında mühüm hadisə adlandıran Sergey Melniçuk qeyd edib ki, mən çox şadamkı bizə dost və qardaş olan Azərbaycan dövləti inkişaf edərək dünyada öz layiqli yerini tutub. Əminəm ki, bölgənin lider dövlətinə çevrilən Azərbaycan tezliklə öz ərazi bütövlüyünü bərpa edəcək.
Fürsətdən istifadə edib Azərbaycan xalqını qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm
2 ukrayna parlamentinin deputatı Azərbaycan və Ukrayna xalqının dostluq əlaqələri çox qədim kökə bağlı olduğunu bildirən deputat Natalya Veselova ölkələrimizin tarixin ən çətin dönəmlərində bir-birilərinə dəstək verdiyini vurğulayıb.
Bu baxımdan Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevin və Jitomir vilayətindəki Azərbaycan diasporunun rəhbəri İlqar Məmmədovun mütamadi olaraq Ukraynadakı qaçqınlara və səhra kospitallarına verdikləri maddi və mənəvi dəstəyi yüksək qiymətləndirib.
Sonra tədbirə qatılan qonaqların iştirakı ilə Jitomir şəhərində yaradılmış Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub. Tədbir iştirakçıları Jitomir Azərbaycanlılarının Həmrəylik Konqresinin təşəbbüsü ilə açılan Azərbaycan Mədəniyyət Mərkəzində yaradılmış şəraitlə tanış olublar. Qeyd olunub ki, Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə qoruyub yaşadacaq bu mərkəz, ölkələrimiz arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirlməsində müstəsna rol oynayacaq. Tədbir Ukraynanın xalq artisti Qurban Abbasovun mahnıları ilə sona çatıb.