SON XƏBƏR

“Jizel” baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

Aprel 18
09:03 2017
Aprelin 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın "Jizel” baleti nümayiş etdiriləcək.
 
Qlobal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu baletmeysteri Eldar Əliyevdir.
 
"Jizel” baletinin dünya premyerası 1841-ci ildə Parisdə olub. Əsər Primorsk səhnəsində ilk dəfə 2015-ci ildə nümayiş etdirilib.
 
Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın "Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
 
Mariya Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook