Jozep Borrell Ermənistana səfər edəcək
![](https://qlobal.az/photo/680x365/2024-02/1709041366_7a6e43ba-43b8-444e-8aa7-008cd727bd62.jpg?1722069849)
Fevral 27
17:42
2024
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell yaxın vaxtlarda Ermənistana səfər edəcək.
"Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano "Armenpress”ə müsahibəsində deyib.
Diplomat səfərin konkret tarixini açıqlamayıb.
O bildirib ki, səfər gündəmdədir: "Tarix üzərində işləyirik”.