Jurnalistin məhkəməsində danışdırılan icra başçısı: "Sanki Azərbaycanda yaşamırsınız"
Sentyabr 16
07:52
2023
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
İcra başçısı məhkəmədə Əvəz Zeynallını necə tanıması haqda danışarkən bildirib ki, "Xural TV”də bir qadının şikayəti yayımlanıb:
"Sabunçu qəsəbəsində bir qeyri-yaşayış sahəsinin tikintisiylə əlaqədar qəsəbənin icra nümayəndəsilə tikinti sahibi Ruslan Vəliyevin mübahisəsi olmuşdu. Bununla əlaqədar Əvəz Zeynallı mənə zəng vurub xahiş etdi ki, kasıb adamdı, müdaxilə etməsinlər, tiksin. Mən də göstəriş verdim ki, müdaxilə etməsinlər”.
Vəkil icra başçısından ikinci dəfə obyektin tikintisinə müdaxilə etməmək üçün pul alıb-almadığını soruşub. O, belə cavab verib:
Əvəz Zeynallı siyasi sifarişlə, onu susdurmaq üçün şərlənib həbs olunduğunu bildirir. Elnur Şükürov isə Əvəz Zeynallının əleyhinə tələb olunan ifadəni vermədiyinə görə həbs edildiyini deyir.
Qlobal.az "Meydan TV"yə istinadla xəbər verir ki, o, sentyabrın 15-də "Xural TV” internet televiziyasının rəhbəri Əvəz Zeynallı və onunla birlikdə mühakimə olunan "Səda TV” adlı "Youtube” kanalının idarəedicisi Elnur Şükürovun məhkəməsində dindirilib.
Adil Vəliyevin bu məhkəmə prosesinə cəlb olunması Sabunçu qəsəbəsi, Elşən Mehdiyev 15 ünvanında inşa olunmuş "Nur” marketlə bağlıdır. Əvəz Zeynallıya həmin obyektlə bağlı da ittiham verilib.
Əvəz Zeynallıya qarşı ittihamlardan biri də bəzi vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə bağlıdır. Cinayət işində Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən vətəndaşlar üçün icra hakimiyyətlərindəki məsul şəxslərin qərarlarına təsir göstərməkdən söhbət gedir. İddia olunur ki, bu işlərin görülməsi müqabilində həmin vətəndaşlardan pul alınıb. Sabunçu qəsəbəsindəki obyektin sahibi Ruslan Vəliyevdən də 7 min manat pul alındığı iddia olunur.
"Nömrəsini axtarıb tapdım, ona zəng etdim. Həm onu, həm də qadını birlikdə qəbuluma çağırdım. Məsələni olduğu kimi danışdım. Əvəz Zeynallı başa düşdü ki, qadına qarşı haqsızlıq olmayıb. Onun istədiyi şey qanunsuzdur. Amma qadın yenə narazı qaldı”.
Adil Vəliyev cinayət işində araşdırma predmeti olan mağaza ilə bağlı Əvəz Zeynallı ilə aralarındakı söhbətdən da danışıb. Onun sözlərinə görə, həmin obyektin tikintisi qanunsuz olduğuna görə Sabunçu qəsəbə nümayəndəliyi əvvəl bir dəfə onu sökmüşdü. Sonradan Əvəz Zeynallı ona zəng edib:
İcra başçısı ifadəsində onu da bildirib ki, obyektin tikildiyi ərazi Dövlət Neft Şirkətinə məxsus olub. Lakin bunu əvvəldən bilməyib. Sabunçu qəsəbəsi üzrə icra nümayəndəsi sonradan məruzə edəndə bunu ona deyib:
"Əvvəl o tikinti qanunsuz olduğuna görə sökülmüşdü. Biz sökə bilmərik. Məhkəmə qərarıyla sökülməlidir. Dayandırıb, məhkəməyə müraciət olunmalıdır, amma biz müdaxilə edirik. Tikinti işləri aparılan ərazi ilə bağlı qərar qəbul etmək səlahiyyəti Dövlət Arxitektura Komitəsi və ərazi SOCAR-ın olduğuna görə onların səlahiyyətindədir. Ona görə də mən sərəncam vermədim”.
"Sizin səlahiyyətiniz olmadığı halda, necə müdaxilə edib sökürsünüz?”, – vəkil Rəşad Əliyev soruşub.
"Elə danışırsınız ki, sanki Azərbaycanda yaşamırsınız…”, – icra başçısı cavab verib.
"Mənə heç kim pul verməyib, verə də bilməz…”.
Məhkəmə prosesi sentyabrın 22-də davam edəcək.
2022-ci ilin sentyabrından həbsdə olan Əvəz Zeynallı və Elnur Şükürov külli miqdarda rüşvət alma, dələduzluq, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə kimi əməllərdə ittiham olunurlar. Lakin onların heç biri özünü təqsirli bilmir.