Kainatin sərhədi və ondan kənarda nəsə varmı? – Elmi araşdırma
Aprel 04
20:06
2020
Hazırda alimlər Süd yolunun ölçüsünün aşağı-yuxarı 400 min işıq ili səhviylə 1,9 milyon işıq ili olduğunu bildirlər. Kainatda təxminən iki trilyon qalaktikanın olduğu da məlumdur. Bəzi astronomlar inanırlar ki, qalaktikaların ölçülərini öyrənməyə cəhd edilərsə, bu sual yaranacaq: bəs kainatın hüdudları varmı və ondan kənarda nələr ola bilər? Yeri gəlmişkən, Stiven Hokinq da bu sualı verib və kainatımızın ikiölçülü bir holoqram olması qənaətinə gəlib.
Kainatın ölçüsü mübahisəsi bitməyən bir sirrdir, çünki dəqiq hesablama metodu yoxdur. Üstəlik, onlardan hər biri, bir qayda olaraq, kainatın əsas xüsusiyyətlərinə söykənir. Məsələn, kainatın genişlənmə sürəti necədir, o genişlənirmi və ümumiyyətlə, ondan kənarda nə var? Belə çıxır ki, onun ölçülərini öyrənmək üçün kainatın necə qurulmasına dair ən azı ümumi bir təsəvvürə sahib olmaq lazımdır.
Rusiyalı alim Natan Aismonta görə, astrofizikada indi əsas vəzifə kainatın ölçüsünü müəyyənləşdirmək üçün bir yanaşma seçməkdir, çünki dünyanın quruluşunu dərk etməyimiz ondan asılıdır. Üstəlik, bəzi astrofiziklər ümumiyyətlə, radikal şeylər təklif edirlər, məsələn, qaranlıq maddə ideyasından imtina etmək. Müəyyən uyğunsuzluqlar olduğu müddətcə onu isbatlanmış saymaq mümkün deyil.
19 dekabr 2013-cü ildə "Gaya” astronomik peyki kosmosa buraxılıb, hazırda Yerdən 1,5 milyon kilometr məsafədədir. Bu cihazın əsas vəzifəsi göyün ultradəqiq xəritəsini yaratmaqdır. Tədqiqat aparatı tərəfindən göndərilən məlumatlar, astrofiziklərə kainat haqqında üstünlük təşkil edən əsaslı fikirlərin həqiqiliyini və ya yalnışlığını yoxlamağa imkan verir. Məsələn, kainatın necə dəyişdiyini, genişlənib-genişlənmədiyini öyrənməkdə. Mümkündür ki, bu məlumatlar dünyanın quruluşuyla bağlı anlayışımıza əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Əvvəllər Avropa Kosmik Agentliyinin "Plank" peykləri kainatın əyriliyini 0,4 faiz səviyyəsində müəyyənləşdirmişdilər ki, bunun əsasında da elm adamları kainatın "şar kimi şişdiyinə” qərar vermiş və son hesablamalar isə göstərib ki, onun həqiqi ölçüsü bizim gördüyümüz zonadan 250 dəfə böyükdür. Ancaq heç bu da alimlərin özlərinin etiraf etdiyi kimi kainatın ölçüsü barədə bir təsəvvür yaratmır.
Oksford Universitetinin alimləri isə buna cavab olaraq bildiriblər ki, ən güclü müasir teleskoplar kainatın əyriliyini 0,01 faizdən aşağı qiymətləndirə bilmirlər və bu, kainatın çox ehtimal olunan sonsuz olduğunu göstərə bilər. Bəzi elm adamları bu fərziyyə ilə razılaşmır, çünki sonsuzluq deyilən yoxdur - təbiət buna imkan vermir.
Alimlərin kainatın forması və ölçüsü ilə bağlı başqa fikirləri var, məsələn, bəziləri bunu "kökə” kimi təsəvvür edirlər, bəziləri isə onun özünü sonsuz surətdə çoxaltmağa qadir olduğuna inanır.

Ancaq astrofiziklərin əksəriyyəti inanır ki, kosmosdakı cazibə dalğalarının daha da öyrənilməsi bu mübahisəni nəhayət həll edəcək və bu, yalnız daha inkişaf etmiş astronomik cihazların işə salınması və çox güclü məlumatların supergüclü kompüterlərdə işlənməsi imkanı sayəsində mümkündür.
Mənbə: Qaynarinfo