Kaliforniya polisi "Tesla" avtomobillərini sürməkdən imtina edir
Oktyabr 14
07:23
2024
Kaliforniyada polis əməkdaşları "Tesla" avtomobillərindən şikayət ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Drive” məlumat yayıb.
Onların fikrincə, İlon Maskın avtomobilləri vəzifə üçün uyğun deyil. Xüsusilə də polis əməkdaşları maşına minib-düşməyin əlverişsiz olmasından, arxa oturacaqda yalnız bir məhbusun əyləşə bilməsindən şikayətlənib. Bu o deməkdir ki, cinayətkarları tutmaq üçün eyni anda bir neçə avtomobildən istifadə etməlidirlər.
Polisləri avtomobilin enerji məsafəsi də qane etməyib. Onlar izah ediblər ki, içərisində şübhəli şəxs olan avtomobilin enerji doldurmasını gözləmək təhlükəli ola bilər.
2035-ci ildən etibarən Kaliforniya yeni benzin və dizel avtomobillərinin satışını qadağan edəcək. Avqust ayında yerli polis üçün bir neçə "Tesla"nın "Model 3" sedanı alınıb. Onlara təxminən 150 min dollar xərclənib.
Sonda polis əlavə edib ki, "Ford F-150" xidmət üçün daha uyğundur.