Kamala Harris namizədliyinin ilk həftəsində 200 milyon dollar ianə toplayıb
İyul 29
11:54
2024
ABŞ prezidenti Co Baydenin namizədliyini geri götürərək yerinə namizəd kimi tövsiyə etdiyi vitse-prezident Kamala Harris seçki kampaniyasının ilk həftəsində 200 milyon dollar ianə toplayıb.
Yığılmış məbləğ Harrisin seçki kampaniyasının ilk həftəsində toplanıb və bundan başqa 170 mindən çox insan isə könüllü olaraq kampaniyada iştirak etmək üçün adını yazdırıb.