Kamran Əliyev: "8,3 milyonluq əmlaka həbs qoyulub"
İyul 22
12:56
2024
Baş Prokurorluqda 2024-cü ilin birinci yarım ilinə aid geniş kollegiya iclası keçirilir.
Qlobal.az xəbər verir ki, iclasda baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror 6 ayda görülmüş işlər və qarşıya qoyulan məqsədlər haqda danışıb.
K. Əliyev statistik məlumatlara əsasən bəyan edib ki, ötən 6 ayda əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bundan başqa, 2024-cü ilin I yarımilində prokurorluq orqanlarında istintaq edilən cinayət işləri üzrə özgə əmlakına vurulmuş ziyanın 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsi təmin edilib.
Yekunlaşmış cinayət işləri üzrə dövlətə, vətəndaşlara, şirkətlərə, bələdiyyələrə ümumilikdə 75,9 milyon manatdan artıq məbləğdə maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49,3 milyon manatdan artıq hissəsinin ödənilməsinə nail olunub, 8,3 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.