SON XƏBƏR

Kamran Əliyevdən iki təyinat

Avqust 14
12:47 2023
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları şöbəsinin rəisi Əqil Əliyev tutduğu vəzifədən azad olunub.

Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Əqil Əliyev Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi təyin edilib.

Kamran Əliyevin digər əmri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Xalid Mirzəyev tutduğu vəzifədən azad olunaraq Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən məlumatı təsdiq ediblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook