SON XƏBƏR

“Kamran Həsənlinin səs yazısını yayımlanacaq“

Mart 14
14:19 2016
Aparıcı Kamran Həsənlinin müğənni Samir Piriyevə 80 min dollar borclu olması və qaytarmaması ilə bağlı yeni nüanslar bəlli olub
 
PİA.az xəbər verir ki, S.Piriyevin vəkili Ruslan Əhmədoğlu qafqazinfoya açıqlamasında bildirib ki, Kamran Həsənlinin borcu olduğunu etiraf etməsi barədə əllərində səs yazısı var: "Kamran Həsənli ilə Samir Piriyev arasında olan telefon danışıqlarının səs yazısı sabah istintaqa təhvil veriləcək. O səs yazısında Kamran Həsənli birbaşa etiraf edir ki, Samir pulu ona verib və Samirə borcu var. Həmin telefon danışığında Samir Kamrana deyir ki, sənə 115min dollar pul vermişəm, 5 ildir qaytarmırsan. Kamran da borculu olduğunu etiraf edir və deyir ki, evini satışa qoyub, adamlar gəlib baxırlar, satan kimi qalan borcunu ödəyəcək.
 
Bu faktları istintaqa verdikdən sonra, prokurorluq etiraz etməzsə, səs yazılarını mətbuata yayacağıq. Mövcud olmayan türk üzərində bu qədər dayanmaq olmaz. Varsa, belə bir adam gəlsin ortaya çıxsın. Kamran Həsənli özünün sürdüyü maşını 20 min dollar əvəzinə Samirə verdiyini etiraf edir. Əgər borcu yoxdusa, niyə bunu edirdi?"
 
Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. S.Piriyev bildirib ki, K.Həsənli ondan 115 min dollar alaraq Türkiyədə biznes quracağını vəd edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook