Kamran Həsənliyə cavab: “Onun etdiyi nə vaxtdan kişiliyə xas olub?”
Mart 31
14:45
2016
Müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi teleaparıcı Kamran Həsənli ifaçı ilə qalmaqalında bacısı Gülər Həsənlinin adının hallanmasına münasibət bildirib.
O, "Anspress”ə açıqlamasında qeyd edib ki, bacısının cinayət işinə aidiyyatı yoxdur: "Kişi kişi ilə söhbət edər. Bu işdə olmayan bacım Gülərin adının çəkilməsi qəbuledilməzdir. Qadının adının hallanması yaxşı hal deyil. Samirin keçmiş həyat yoldaşı şahid idi, üzləşməyə gəlmədi. Biz də heç tələb etmədik ki, o, gəlsin. Sən deyirsən ki, guya, pulu mənə vermisən, mənlə danış”.
K.Həsənlinin "kişi söhbəti”nə qarşı tərəfdən cavab gəlib. S. Piriyevin vəkili Ceyhun Yusifov musavat.com saytına açıqlamasında bildirib ki, kişi söhbəti edən şəxs başqasının pulunu mənimsəməz: "Kamran Həsənli kişi söhbəti edib. Halal zəhmət, min bir əziyyətlə qazanılan pulu dələduzluqla mənimsəmək nə vaxtdan kişiliyə xas olub? İkincisi, ölkəmizdə gender bərabərliyi var. Əgər Gülər xanımın mövcud hadisənin baş verməsində Kamran bəylə birgə olduğunu Samir Piriyev israrla göstərirsə, deməli, bu araşdırma pridmeti olmalıdır. Samir deyir ki, onun aldanmağının əsas səbəbi Gülər olub. Bu, niyə araşdırılmır? Samiri həvəsləndirən, bu işi sürətləndirən, Türkiyədə ifaçını qarşılayan Gülər olub. Hamı qanun qarşısında bərabər hüquqludur. Konstitusiyanın 25-ci maddəsinin 2-ci hissəsində kişi və qadının hüququ bərabər göstərilib. Əgər, müvəkkilim deyirsə ki, məlum ağır cinayətin törədilməsində Gülər əsas rol oynayır, o zaman o, niyə məsuliyyətdən kənar qalmalıdır? Kamran Həsənli açıq şəkildə deyir ki, Bakı Şəhər Prokurorluğunda ona heç nə edə bilməzlər, onu himayə edənlər var. Bizdə onun səs yazıları var. O, elə adamların adını çəkir ki, biz onun adını çəkməyə utanırıq”.
Vəkil şənbə günü baş tutacaq mətbuat konfransı barədə də danışıb: "Əlimizdə faktlar var. Şənbə günü mətbuata hər şeyi açıqlayacağıq. Kamranın səs yazılarını ictimaiyyətə təqdim edəcəyik. O, nə qədər bu məsələləri təkzib etsə də, biz faktlarla qarşısına çıxacağıq”.
Qeyd edək ki, ötən gün Samir Piriyevin hüquqşünası Ruslan Əhmədoğlu musavat.com saytına açıqlamasında bildirib ki, "Samir Piriyev 115 min dolları 50 faiz Kamrana inanarq veribsə, 50 faiz də onun bacısı Gülər Həsənliyə görə verib. Gülər xanım Türkiyədə yaşayıb, işlədiyi üçün o qədər pul Kamran Həsənliyə verilib”.
Qlobal.az