Kanalın bəndi niyə yarılıb: Suda yaşayan heyvanlar, yoxsa keyfiyyətsiz təmizləmə işləri?
Aprel 18
09:44
2023
Ötən gün Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində kanalın bəndi yarılıb.
Rəsmi şəxslər mətbuata verdikləri açıqlamada bəndin yarılmasına suda yaşayan heyvanların səbəb olduğunu bildiriblər.
Qlobal.az-ın əldə etdiyi məlumata görə suyun bəndi yarmasına səbəb orada yaşayan heyvanlar yox, bir müddət öncə ərazidə aparılan təmizlənmə işlərinin keyfiyyətsiz olması, həmin vaxt bəndin zədələnməsidir.
Səslənən iddia ilə bağlı Yuxarı Qarabağ Kanalı idarəsindən mövqe öyrənə bilmədik.
Qeyd edək ki, bəndin yarılmasına görə kanalda su endirilib.
Bu isə hazırda əkin işləri aparılan min hektarlarla ərazidə ciddi su problemi yaradıb.
Qlobal.az