"Kapital Bank"dakı depozitlər dövlət tərəfindən - SIĞORTALANMIR
Dekabr 04
14:12
2023
"Kapital Bank"da depoziti olan fiziki şəxslərin əmanətləri "Əmanətlərin Sığortalanması Fondu" tərəfindən sığortalanmır.
Kommersant.az xəbər verir ki, sözügedən banka dollarla əmanət yerləşdirən vətəndaşların pulları risk altındadır. Çünki, "Əmanətlərin Sığortalanması Fondu" (qısaca - ƏSF) tərəfindən qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12 faiz, xarici valyutada isə 2.5 faiz olaraq qəbul edlib. "Kapital Bank"da xarici valyutada olan əmanətləri müddətin sonunda və ya aylıq faizlə əldə etmək istəyən vətəndaşların hər iki halda əmanəti ƏSF tərəfindən sığortalanmır, qorunmur. Bununla da vətəndaşın sözügedən banka əmanət yerləşdirməsi risk təşkil edir.
"Kapital Bank"da 12 aylıq xarici valyutada yerləşdirilən əmanətin faizini aylıq əldə etmək istədikdə 3 faiz, müddətin sonunda əldə etmək istədikdə isə 3.3 faiz illik faiz dərəcəsi hesablanır. Bu müddət 24 ay olduqda aylıq əldə olunan faiz hesabı 3.1 faiz, müddətin sonunda isə 3.4 faiz olur. 36 aylıq müddətdə aylıq əldə olunan faiz hesabı 3.2 faiz, müddətin sonunda isə 3.5 faiz olaraq hesablanır. Nəticədə sadalanan bütün hallarda "Kapital Bank"da yerləşdirilən dollar əmanətləri dövlət tərəfindən qorunmur.
Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az