SON XƏBƏR

Katalon liderdən İspaniyaya dialoq təklifi

Oktyabr 16
16:32 2017
Kataloniya prezidenti Karles Puiqdemont İspaniya hökümətinə məktub göndərib.
 
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, məktubda Puiqdemont Kataloniyanın vəziyyəti üçün İspaniya prezidenti Mariana Raxoya dialoq təklif edib və məsələnin tezlikdə müzakirəsinin vacibliyini vurğulayıb. Dialoq təklifi növbəti 2 ay üçün nəzərdə tutulub. Kataloniyanın müstəqilliyinin elanı məsələsinin isə qeyri-müəyyən olduğu deyilib.
 
Qeyd edək ki, ötən həftə Karles Puiqdemont müstəqillik elanının qeyri-müəyyən müddətə təxirə salındığını demiş, müxalif deputatlar isə muxtar vilayətin müstəqilliyini elan etmişdi. İspaniya höküməti isə müstəqilliyin elan edilib-edilməməsi məsələsinə 5 gün müddətində aydınlıq gətirilməsini tələb etmişdi. 
 
Kataloniyanın müstəqillik referendumu İspaniya höküməti tərəfindən qeyri-qanuni elan edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook